“Türk axını”nın vaxtı bəlli oldu


00:40     24 May 2015 europe_russia_pipelines.jpg

Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım “Türk axını” boru kəmərinin istismara veriləcəyi və kəmər vasitəsilə qaz nəqlinə başlanacağı tarixi açıqlayıb.


Səfir “İnterfax” agentliyinə müsahibəsində bildirib ki, kəmər vasitəsilə qaz nəqli 2017-ci ildən sonraya təsadüf edəcək.

"Layihənin reallaşdırılması üçün həm rəsmi Ankarada, həm də rəsmi Moskvada arzu və məqsəd var. Düşünürəm ki, hal-hazırda “Türk axını” vasitəsilə qazın nəql olunacağı tarixin 2016-cı və ya 2017-ci il olması barədə konkret fikir söyləmək düzgün deyil”, - deyə Ü. Yardım bildirib.

Səfir əlavə edib ki, layihənin uğurlu şəkildə sona çatdırılması həm Türkiyə, həm də Rusiya üçün böyük qələbə olacaq./apa/

Açar sözlər:

Oxunub: 953