Bahar Muradova Milli Məclisdə hesabat verəcək


11:28     25 Avqust 2020 bahar.jpg

Bu il Milli Məclisin payız sessiyasında ilk dəfə olaraq Azərbaycanda gender bərabərliyinin təmin olunmasının vəziyyətinə dair, hesabatla çıxış edəcəyik.


Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bu hesabata çox ciddi hazırlaşılır.

"Nailiyyətlərimiz çoxdur, amma müəyyən problemlərimiz də var. Biz bu problemləri səsləndirməklə həm cəmiyyətin diqqətini buna yönəldəcəyik, həm də müəyyən qanunverici təşəbbüslərimiz olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1516