İctimai nəqliyyatda reyd keçirilib, cərimələnənlər var
11:50 25 Avqust 2020
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə bağlı, həmçinin, velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı həmçinin, avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.
Femida.az
Oxunub: 909
Oxşar xəbərlər
- İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb
- İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb
- Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
- İctimai yerlərdə 5 nəfər aktiv koronavirus xəstəsi aşkar edilərək saxlanılıb
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai asayişin qorunmasında iştirak etmək istəyənlərin nəzərinə
- İctimai yerdə saxlanılan koronavirus xəstəsi qadına cinayət işi başlanıldı
- İctimai nəqliyyatın fəaliyyəti bu tarixədək dayandırıldı
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai nəqliyyatda həftəsonu qadağası uzadıldı