ASK İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığı genişləndirir


12:30     25 Avqust 2020 2020/08/5becdebe-910b-3d21-b184-0efea4d55e8c_850_1598344124.jpg

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib.

Bu barədə Femida.az-a ASK-dən bildirilib.

Məlumata görə, görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Video-konfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub. Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, metreologiya və s. istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.

Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 975


Oxşar xəbərlər