Azərbaycan İnvestisiya Holdinqinə Baş icraçı direktoru təyin edildi


14:27     25 Avqust 2020 serencam%20ferman%20imza%20kreslo.jpg


Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq, AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1360