Mədəniyyət Nazirliyində kadr dəyişiklikləri


16:00     25 Avqust 2020 20_08_25_1598356828.jpg


Nəsibov İlkin Kamal oğlu Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.

Anar Kərimovun digər əmrinə əsasən, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Hüseynova Azadə Cəlil qızı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Bu vəzifənin səlahiyyətlərinin icrası isə Abdullayeva Nərgiz Faiq qızına həvalə edilib.

Qeyd edək ki, İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

Nərgiz Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 2013-cü ildən dövlət qulluğunda çalışır. 2013-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində məsləhətçi və baş məsləhətçi vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.

İşlədiyi müddət ərzində respublikada fəaliyyət göstərən muzeylərin iş fəaliyyəti ilə bağlı bir çox layihələr həyata keçirib, yerli və beynəlxalq konfranslarda və sərgilərdə iştirak edib. 2012-ci ildə İtaliyada keçirilən Biennale çərçivəsində Roma Sivilizasiyası Muzeyində “Azərbaycan - Odlar yurdu İpək yolunda” adlı sərginin təşkilində iştirak edib, 2 ay müddətində sərgi ilə bağlı Roma şəhərində çalışıb. Tvinninq layihəsi çərçivəsində dünyada məşhur olan Florensiyanın Palazzo Vecchio sarayında (2017) və İtaliyanın Turin şəhərində fəaliyyət göstərən “Musei Reali Torino” Muzeyində (2018) təlim-təcrübə proqramlarında iştirak edib.

İngilis və rus dillərini bilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1348