Beyləqan sakinini Goranboyda ilan sancdı


22:56     25 Avqust 2020 ilan.jpg

Goranboyda gənc oğlanı ilan sancıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1992-ci il təvəllüdlü Şükür Şəmilovu Goranboy rayon Qızılhacılı kənd ərazisində ilan sancıb. O, xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1572