Tofiq Hacıyevin yerinə kim gətiriləcək? - Açıqlama


22:41     10 Dekabr 2015 43859.jpg


“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna yeni rəhbərin təyinatı institutun mərhum direktoru Tofiq Hacıyevin 40 mərasimindən sonra olacaq”.

Femida.az xəbər verir ki, bu barədə aznews.az-a institutunun şöbə müdiri Qulu Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, AMEA-nın rəhbərliyi el adətini nəzərə alacaq: “Ola bilər ki, daha tez təyinat olsun. Amma el adəti var, məncə biz də buna riayət etsək yaxşı olar. Çünki Tofiq müəllim sıradan biri deyildi”.

Q.Məhərrəmli direktor postuna kimin gətiriləcəyi ilə bağlı məsələyə də toxunub: “Yəqin ki, bunun üçün nəzərdə tutulan insanlar var. Amma biz arzu edirik ki, həmin şəxs az da olsa müəyyən dərəcədə Tofiq müəllimin tutduğu yolu davam etdirsin. Bu bir reallıqdır ki, Azərbaycanın dillə bağlı böyük problemləri, həmçinin bununla bağlı dövlət proqramları var. Onun reallaşdırılması və həyata keçirilməsi üçün görüləcək işlər var. Təyin olunacaq şəxs bunları həyata keçirmək qabiliyyətinə olmalıdır”.

Xatırladaq ki, akademik Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva noyabrın 26-da səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərləniblər. T.Hacıyev hadisə zamanı dünyasını dəyişib, həyat yoldaşı isə xəstəxanaya yerləşdrilib. Akademik noyabrın 27-də II Fəxri xiyabanda dəfn olunub.

Açar sözlər:

Oxunub: 1430