Abşeronda kişi arvadını qısqanclıq zəminində bıçaqlayıb - RƏSMİ
09:57 26 Avqust 2020
Avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan Femida.az
-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 956
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb