Cəlilabadda narkotikin təsiri altında taksi sürən şəxs saxlanılıb
10:40 26 Avqust 2020
Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.
Müayinə zamanı İ.Yusifzadənin avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Sürücünün bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyənləşib. İ.Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Oxunub: 979
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır