Canlı yayım zamanı Ədliyyə Nazirliyində yanğın baş verib


11:46     26 Avqust 2020 20_08_26_1598451455.jpg

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.

Femida.az -ın xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

FHN-dən bildirib ki, yanğın söndürülüb.

Femida.az

Açar sözlər: #ədliyyə   #yanğın   #bina   #FHN  

Oxunub: 2562