Elektron qolbaq taxan 40-dan çox məhkuma ərazini tərk etmək imkanı yaradılıb


12:44     26 Avqust 2020 2020/08/ac5408e7-7c0a-307e-8f97-ea737ef05ca1_994_1598431505.jpeg


“Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı həmin şəxslərə iki tip həvəsləndirmə tədbiri olunur”.


Femida.azxəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib.

O bildirib ki, həmin şəxslər təyin olunmuş cəzanın yarısını çəkdikdən sonra onlara vaxtından şərti azadolunma ilə bağlı tətbiq oluna bilər. Eyni zamanda həmin şəxslərə həvəsləndirmə qaydada şənbə və bazar günləri, həmçinin bayram günləri onlar üçün məhkəmə tərəfindən müəyyən olunmuş ərazini tərk etmək imkanı yaradılır:

“Həmin şəxslərə həvəsləndirmə məqsədilə, qaydalara uyğun şəkildə həftənin şənbə və bazar günləri, eyni zamanda bayram günləri məhkəmə tərəfindən müəyyən olunan ərazini tərk etmək imkanı yaradılır. Ölkə ərazisində 40-dan çox məhkuma bu cür imkan yaradılıb”.

Açar sözlər: #ədliyyə   #probasiya   #hüquq   #məhkum   #femida  

Oxunub: 13463