Çoxmərtbəli yaşayış binasında yanğın olub, 13 nəfər təxliyə edilib


13:43     26 Avqust 2020 yangin_38673636.jpg

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 951


Oxşar xəbərlər