Bu gündən “Bərabərik” layihəsinə başlanır


14:26     26 Avqust 2020 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Bu gün saat 21:30-da "MTV Azərbaycan"da "Bərabərik" adlı layihəyə başlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirlik və "MTV Azərbaycan"ın birgə təşəbbüsü olan layihə çərçivəsində istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişlər təqdim ediləcək.

Layihənin məqsədi əlilliyi olan şəxslərin timsalında əlilliyin istedad və bacarıqlara, öz arzularını reallaşdırmağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilmədi, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də bunu özündə təcəssüm etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 1197