Bərdədə binanın zirzəmisindən 5 ədəd qumbara tapıldı


16:33     26 Avqust 2020 2020/08/49e39720-b29d-34f4-a8bb-a061eb017982_850_1598445179.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisindən 3 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.


ANAMA-dan Femida.az-a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bərdə Rayon Polis Şöbəsinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd F-1 əl qumbarası (partladıcısız) və 31 ədəd müxtəlif çaplı patronlar (28 ədəd 7.62 mm və 3 ədəd 5.45 mm) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının və patronların ətrafında 100 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1048