Müəllim olmaq istəyən 1607 namizəd üçün imtahan keçirilir


09:26     27 Avqust 2020 sınaq-imtahanı.jpg

Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.


Təhsil Nazirliyindən Femida.az -a verilən xəbərə görə, imtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Açar sözlər:

Oxunub: 879