Gürcüstan prezidenti Azərbaycan səfiri ilə vidalaşıb


11:13     27 Avqust 2020 2020/08/ee73a6ce-e1cc-4a66-b9d2-147257526423_850_1598512452.jpg

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla vida görüşü keçirib.

Femida.az xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi “Twitter” hesabında bildirib.

Prezident azərbaycanlı diplomata Gürcüstan və Azərbaycan xalqları arasında sıx ikitərəfli əlaqələrin dərinləşdirilməsindəki xidmətlərinə görə təşəkkür edib.

S.Zurabişvili D.Həsənova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Açar sözlər:

Oxunub: 1013