Azərbaycanda vəkil intihar etdi


16:51     27 Avqust 2020 20_08_27_1598533003.jpg

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Namiq Həsənov intihar edib.


Kollegiyadan Femida.az-a verilən məlumata görə, N Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq həyatına son qoyub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Xatırladaq ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

Femida.az

Açar sözlər: #intihar   #vəkil  

Oxunub: 3077