Universitetlərdə dərslər onlayn keçiriləcək


17:33     27 Avqust 2020 2020/08/online-ders_1598535311.jpg

“Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq”.

Femida.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq: “Oktyabrın 1-dən birinci kurs tələbələrinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 1284