Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb


20:28     27 Avqust 2020 mese_yangini_036.jpg

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.


Femida.az

Açar sözlər:

Oxunub: 1429