Ermənistanda daha 3 nəfər koronavirusdan öldü


21:00     27 Avqust 2020 2020/08/ermenistan-korona_1598546338.jpg

Ermənistanda son sutka ərzində 203 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43270 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 864 nəfərə çatıb.

Ermənistanda indiyədək virusdan 36 988 nəfər sağalıb, 5 153 nəfər hazırda müalicə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1185