Çayxanadan polis şöbəsinə gətirildilər


14:45     28 Avqust 2020 2020/08/cina_1598611572.jpg

Goranboyun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, obyekt sahibi - Məhəbbət Həsənov və müştərilər - Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Karantin dövründə Goranboy RPŞ tərəfindən xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa 1 toy, 2 nişan, 1 ad günü və 1 yas mərasimi başlamadan qarşısı alınıb, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyəti dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1307