Baş Prokurorluğun "İnstagram" səhifəsində sual-cavab sessiyası keçirilib


16:00     28 Avqust 2020 Prokur3491na.jpg

Avqustun 28-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun"İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılır.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 92 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 4315