Kliniki Tibbi Mərkəzin sabiq rəhbərinə cinayət işi başlanmayıb


17:02     28 Avqust 2020 2020/08/bash-prokurorluq-1_1509611945-1525701318_1598619392.jpg

Azərbaycan Respublikasının Baş Prokurorluğu 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı istintaq aparılmır.

Femida.az

Açar sözlər:

Oxunub: 1325