Ədliyyə Nazirliyində yeni təyinat


18:40     28 Avqust 2020 edliyye445.jpg

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə Nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.


Bu barədə Femida.az -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə Qabil Həmzə oğlu Əliyev Nazirliyin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.

Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənib.

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub.

Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 9482