Ombudsmandan yeni xəbər var
20:20 28 Avqust 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurası Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.
Görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.
Ombudsman Aparatından Femida.az -a verilən məlumata görə, görüşdə Müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barəsində məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkil milli qanunvericilikdə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən, ayrı-seçkiliklə mübarizə ilə bağlı fəaliyyət həyata keçirir.
Avropa Şurasının nümayəndələri Müvəkkilin vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, belə görüşlər Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu ilin payızında Ombudsman təsisatı ilə birgə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə dəyirmi masa formatında tədbirin keçirilməsi təklif olunub. Həmin tədbirdə beynəlxalq ekspertlərin də iştirakı nəzərdə tutulur.
Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.
Femida.az
Oxunub: 6711
Oxşar xəbərlər
- Ombudsmandan ermənilərin basdırdığı minalarla bağlı MÜRACİƏT
- Ombudsmandan Soyqırım BƏYANATI
- Ombudsmandan “ipoteka” təklifi
- Ombudsmandan Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu
- Ombudsmandan Şuşanın azad olunması ilə bağlı təbrik
- Ombudsmandan miqrantlarla bağlı tövsiyə
- Ombudsmandan əlilliyi olan şəxslərlə bağlı müraciət
- Ombudsmandan gənclərə çağırış - Narkotiklə bağlı
- Ombudsmandan girovluqda saxlanılan Elvin İbrahimovla bağlı AÇIQLAMA
- Ombudsmandan pensiya ilə bağlı tələb: "Bu şəxslər işdən çıxarılmasın!"