Sumqayıtda iki nəfərdən 3 kq narkotik götürülüb


15:09     29 Avqust 2020 2015-04-29-15-07-19narkotik.jpg

Sumqayıt şəhəri Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini N. Vəlizadə və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E. Piri Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, şəxsi axtarış zamanı N. Vəlizadədən 1,7 kq heroin, E. Piridən isə 1,3 kq tiryək aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1481