Zaqatalada sürücü və sərnişinlər cərimələndi
15:51 29 Avqust 2020
Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki iri supermarketlər, gözəllik salonları, bərbərxanalar və geyim mağazalarında reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
Reyd zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, bəzi restoran və kafelərdə xidmət personalının tibbi maskadan istifadə etmədiyinə görə, obyekt sahiblərinə və işçilərə ciddi xəbərdarlıq olunaraq, barələrində cərimə protokolu tərtib olunub. Gözəllik salonları və bərbərxanalarda da bir neçə işçi və müştərilərin tələblərə riayət etmədiyi aşkarlanıb, barələrində inzibati tənbeh tədbirləri görülüb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib. Tibbi maskadan istifadə etmədikləri üçün bir neçə sürücü və sərnişin cərimələnib.
Femida.az
Oxunub: 1299
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib