Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
16:23 29 Avqust 2020
Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daha bir məlumat yayıb.
Femida.az-a daxil olan məlumatda deyilir:
"Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb. Bu məqsədlə, dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.
Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.
Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Femida.az
Oxunub: 1403
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub