Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var


16:38     29 Avqust 2020 qeza_yeni.jpg

Şəkidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb.

"Nissan" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində "Tofaş"da olan dörd nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1282