Gəncədə 16 yaşlı qız sirkə turşusundan zəhərlənib


19:53     29 Avqust 2020 2020/08/1598715838799_efDxsk20_1598716489.jpeg

Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb.

Femida.az
-ın məlumatına görə, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü İmamverdiyeva Aytac Elşən qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 16 yaşlı qız sirkə turşu içərək zəhərlənib. Onun sirkə turşusunu hansı səbəbdən içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1389