Bakı-Sumqayıt şossesində avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb - FOTO


09:54     30 Avqust 2020 2020/08/1598731331382_b05lzmJE-(1)_1598766936.jpg

Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 1134