Karantini pozan Orxan Lökbatanlı və Elşən Xəzər də cərimələndi - FOTO
11:30 30 Avqust 2020
Dəfn mərasimində iştirak edən daha 2 nəfər məsuliyyətə cəlb olunub
Xəbər verdiyimiz kimi avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2 nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov ( Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.
Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.
Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxunub: 1197
Oxşar xəbərlər
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantini pozan repetitor saxlanılıb
- Karantini pozan 1296 nəfər cərimələndi
- Karantini pozan 3 147 nəfər cərimələndi
- Karantini pozan çayxana aşkar edilib
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
- Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı