4-ü həbs edildi, 12-si cərimələndi


15:19     30 Avqust 2020 2020/08/evde_1598788636.jpg

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N. Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Femida.az

Açar sözlər:

Oxunub: 1338


Oxşar xəbərlər