Sabunçuda mərasim keçirilməsinin qarşısı alınıb


16:07     30 Avqust 2020 2020/08/15987-1598788694_1598789373.jpg

Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilib və onlar ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər.

DİN-dən Femida.az-a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1565