Bu gündən 10 rayon sərt karantin rejimindən çıxarıldı


09:29     31 Avqust 2020 20_08_31_1598852160.jpg


Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər davam edəcək.

Femida.az

Açar sözlər: #karantin  

Oxunub: 1054