3 rayonda narkotik əməliyyatı - Polis onları saxladı


12:10     31 Avqust 2020 20_08_31_1598863026.jpg


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

Biləsuvar şəhər sakinləri M.Güləliyev və E.Bayramov saxlanılıblar.

Belə ki, M.Güləliyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan 392 qrama yaxın heroin, 104 qrama yaxın metamfetamin və 13 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Qarayevə məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Həyətyanı sahəyə baxış zamanı oradan 8 ədəd çətənə kolu aşkar olunub.

Bundan başqa Şəmkir RPŞ-də E.Qarayevin üzərinə keçirilən baxış zamanı 14.609 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

***

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Əliyev saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən isə əlavə 1 kiloqram 960 qram tiryək götürülüb.

Femida.az

Açar sözlər: #polis   #narkotik  

Oxunub: 1242