"Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir" - İlham Əliyev
12:18 31 Avqust 2020
Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.
Femida.az dövlət başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.
“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.
“Laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi, bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa qısa müddət ərzində əlavə 1 400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər".
Femida.az
Oxunub: 1144
Oxşar xəbərlər
- "Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq"
- İlham Əliyev: "Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır"
- Erməni təcavüzü nəticəsində əmlakına ziyan dəymiş şəxslərə yardım ödəniləcək - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Prezident Ermənistanın zərər vurduğu obyektlərin bərpasına 30 milyon manat ayırdı
- İlham Əliyev Ərdoğanı Füzuli rayonunda qarşılayıb - FOTOLAR
- İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib
- İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib
- Serbiya Prezidenti İlham Əliyevi təbrik edib
- İlham Əliyev Cavad Zərifi qəbul etdi