Azərbaycan tankçıları yarımfinala yüksəldi - VİDEO+Fotolar


12:24     31 Avqust 2020 20_08_31_1598863298.jpg


“Beynəlxalq Ordu Oyunları - 2020”nin “Tank biatlonu” müsabiqəsinə qatılan Azərbaycan tankçıları yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində mübarizə aparıblar.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, onlar qrupda Çin, Belarus və Serbiya tankçılarına qarşı fərdi ustalıqlarını nümayiş etdiriblər.

Azərbaycan komandası müsabiqənin şərtlərinə əsasən, sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəlib.









Femida.az

Açar sözlər: #tank   #müdafiə   #ordu  

Oxunub: 6477