7 pandemiya xəstəxanası əvvəlki iş rejiminə qaytarıldı


12:33     31 Avqust 2020 poliklinika-beograd-8.jpg


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.


TƏBİB-dən Femida.az-a bildirilib ki, buna səbəb pandemiya xəstəxanalarında olan xəstələrin sayının kifayət qədər azalmasıdır.

Qərara əsasən, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

Femida.az

Açar sözlər: #Təbib   #pandemiya   #xəstəxana  

Oxunub: 941