Dövlət Neft Fondunun xərcləri artırıldı
15:39 31 Avqust 2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Femida.az xəbər verir ki, sənəd Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə imzalanıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri “6 646 940,7” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri “6 752,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri “21 080,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri “390 342,9” rəqəmləri ilə əvəz edilsin;
1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri “767 777,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri “12 200 000,0” rəqəmləri ilə əvəz edilsin;
1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Femida.az
Oxunub: 1131
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib