Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb


09:31     01 Sentyabr 2020 meyit.jpg

Goranboy rayonunda yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu ölüb, digəri - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu da dünyasını dəyişib.

Ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 996