Jirinovski Azərbaycandan danışdı
01:53 24 May 2015
Deputat Bakıda keçiriləcək I Avropa Oyunlarından da danışıb.
Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski AzərTac-ın müxbirinə müsahibəsində deyib: “İlham Heydər oğlu Əliyev bütün keçmiş SSRİ məkanında ən yaxşı rəhbərlərdən biridir. Respublika dinamik inkişaf edir və əməkdaşlıq üçün yaxşı perspektivlər var”.
O qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı olan zəngin cənub regionudur.
Deputat deyib: “Respublika nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”. Rusiya siyasətçisinin fikrincə, Bakıda xeyli sayda rus məktəbinin olması və rus dilinin sərbəst işlədilməsi çox sevindirici haldır. O, həmçinin dost ölkəyə birinci Avropa oyunlarının müvəffəqiyyətlə keçirilməsini arzulayıb.
V.Jirinovski deyib: “Respublikanıza bundan sonra da tərəqqi, birinci Avropa Oyunlarının uğurla keçirilməsini arzulayıram. Bakı 2015-ci ilin yay Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq”.
Oxunub: 742
Oxşar xəbərlər
- Jirinovskinin Rusiya prezidentliyə namizədliyi qeydə alındı
- Jirinovski 6-cı dəfə prezidentliyə namizəd olacaq
- Jirinovski İlham Əliyevi təbrik edib
- Jirinovskidən Türkiyəyə xoş sözlər
- Jirinovskidən ermənilərə cavab: `Tüpürüm Ermənistana...`
- Jirinovski azərbaycanlılara müraciət etdi
- Jirinovskidən İlham Əliyevə məktub
- Jirinovskidən Türkiyə ilə bağlı ilginc açıqlama
- Jirinovski erməniləri satqın adlandırdı - VİDEO
- Jirinovski Türkiyəni müharibə ilə hədələdi