Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə danışıb


13:33     01 Sentyabr 2020 lavrov_0.jpg


Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyətin normallaşmasında maraqlıdır.


Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüş zamanı deyib.
Lavrov, bir gün əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla danışdığını söyləyib.

"Biz hər iki tərəfin vəziyyətin sakitləşməsində və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə təşkil etdikləri görüşlərin bərpa edilməsində maraqlı olduğunu hiss edirik”, - deyə Lavrov vurğulayıb.

Femida.az

Açar sözlər: #Lavrov  

Oxunub: 1052