Bölgələr üzrə koronavirusa yoluxma göstəriciləri - STATİSTİKA


13:46     01 Sentyabr 2020 20_09_01_1598953606.jpg


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Femida.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,8, Aran rayonlarında 10,2, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 1,9, Şəki-Zaqatalada 1,7, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,8 faizdir.

Femida.az

Açar sözlər:

Oxunub: 970