Ötən il 260 yanğın qəsdən törədilib


14:09     01 Sentyabr 2020 20_09_01_1598955684.jpg


Ötən il ölkədə 2319 yanğın hadisəsi qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınlar nəticəsində dəyən zərərin məbləği 19 milyon 954 min manat olub.

Baş verən yanğınlar nəticəsində 53 nəfər həlak olub. 587 tikili tamamilə məhv olub.
Yanğınlardan 260-ı qəsdən törədilmə, 4-ü istehsal avadanlıqlarının nasazlığı, 951-i elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması, 105-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 360-ı odla ehtiyatsız hərəkət zamanı olub.

Odla ehtiyatsız hərəkət zamanı baş verən yanğınların 78-i tütün çəkilməsi zamanı ehtiyatsızlıq, 7-i od ilə görülən iş zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 54-ü uşaqların odla dəcəllik etməsi nəticəsində olub.

Yanğınlardan 46-ı istehsal təyinatlı binalarda, 15-i anbarlar, bazarlar və ticarət binalarında, 117-i uşaq müəssisələri, mədəni əyləncə, müalicə profilaktika və inzibati-ictimai müəssisələrdə, 1684-ü yaşayış sahəsində baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 954