Azərbaycana gətirilən tibbi maskalara gömrük rüsumu tətbiq olunacaq


14:58     01 Sentyabr 2020 20_09_01_1598958592.jpg

Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.


Femida.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal omenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, tibbi maskaların 1 ədədinə isə 0,03 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

Qərar 31 dekabr 2021-ci ilə qədər qüvvədədir.

2021-ci il dekabrın 31-dən sonra iisə Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar və tibbi maskalara 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Femida.az

Açar sözlər: #maska   #gömrük  

Oxunub: 1220