Prokurorluq şöbə rəisinin döyülməsi ilə bağlı araşdırma başlatdı


15:13     01 Sentyabr 2020 20_09_01_1598958820.jpg

Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.

Şirvan şəhər prokurorluğundan Femida.az-a bildirilib ki, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib.

Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Femida.az

Açar sözlər: #prokurorluq  

Oxunub: 2742