Konstitusiya Məhkəməsi apelyasiya məhkəməsinin müraciətinə baxıb


15:59     01 Sentyabr 2020 Konstitusiya%20Məhkəməsi.jpg


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsi baxımından şərh edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər: #Konstitusiya   #Məhkəmə   #hüquq  

Oxunub: 8167