Piyada keçidlərində yeni işıq sistemi quraşdırılır


18:30     01 Sentyabr 2020 2020/09/1377032F-773B-42B4-AEBA-4713238E76E6_1598970802.jpeg

Yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarına tez-tez rast gəlirik. Statistikaya nəzər salsaq, belə yol qəzalarının daha çox axşam çağında baş verdiyini görərik. Bu kimi halların qarşısını almaq üçün nizamlanmayan piyada keçidlərində döyünən sarı lampalar quraşdırılır. Bakı Nəqliyyat Agentliyinin müəllifi olduğu layihə sürücülərin işini xeyli asanlaşdırıb.

“Report”un çəkiliş apardığı Mehdi Mehdizadə küçəsində də bu yeniliyə rast gəlmək olar. Təmir işləri yekunlaşdıqdan sonra işı-qlandırma sisteminin digər küçələrdə də tətbiq edilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1202